Thursday
21.06.2018
13:39
Login form
Kataloqlar
Musiqiler [2]
Dini mahnilar
Videolar [0]
Dini mocuzeler,klipler ve s.
Melumatlar [2]
Xeberler ve melumatlar:
Proqramlar [0]
Dini proqramlar
Mobil [0]
Tema,proqram ve s.
Axtar
Teqvim
«  February 2011  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728
Entries archive
Sorgu
Rate my site
Total of answers: 1
Dini chat
Dost saytlar
  • Create a free website
  • Statistika

    Ümumi miqdar onlayn: 1
    Qonaq: 1
    İstifadəçilər: 0

    My site

    Blog

    Main » 2011 » February » 18 » Günün hədisi
    00:32
    Günün hədisi

    image

     

    İmam Əli (ə) buyurub: 

     "And olsun Allaha, dilini qorumayınca təqvasının xeyir verdiyi bir bəndə tanımıram"!

    ___________________________________________________________________

    İmam Əli (ə) buyurub: "Gəncliyin və sağlamlığın dəyəri itiriləndən sonra bilinər"!

    İmam Əli (ə) buyurub: "Düşünməyə bir şey olmayan hər bir sükut qəflətdir"!

    İmam Əli (ə) buyurub: "Cənnətin qiyməti saleh və yaxşı əməldir"!

    İmam Baqir (ə) buyurub:  "Allahın az ruzisini özün üçün çox bil ki, bununla onun şükrünü etmiş olasan"!

    İmam Səccad (sə) buyurub: "Allah hər bir kədərli qəlbi və şükr edən bəndəni sevər"!

    Hz. Peyğəmbər (s) buyurub: "Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar!”. 

     Hz. Peyğəmbər (s) buyurub:  "Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir!”. 

    İmam Sadiq (ə) buyurub: "Mənim üçün hər gün vacibi namazlardan sonra Həzrət Zəhranın (s.ə.) təsbihatını demək, gündə qılınan min rükət (müstəhəbbi) namazdan sevimlidir!”. 

    Hz. Peyğəmbər (s) buyurub:  "Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!”. 

    Hz. Xanım- Fatimə (ə) buyurub:  "Kim, Allah dərgahına xalis ibadətini göndərərsə, Allah da xalis xeyirlərini ona nazil edər”. 

    İmam Rza (ə): "Qiyamət bərpa olanda dörd günü bəxt evinə aparılan gəlin tək Allahın dərgahına apararlar." Soruşdular: "Buyurduğunuz dörd gün hansı günlərdir?” İmam Rza (ə) buyurdu: "Qurban bayramı, Fitr bayramı, Cümə günü və Qədir Xum bayramı”. 

    Hz. Peyğəmbər (s) buyurub: "Alimlərdən soruşun, hikmət sahibləri ilə həmsöhbət olun və fəqirlərlə oturub-durun!" 

    Hz. Əli (ə) buyurub: "Mal-dövlətin, sərvətin aradan getməsinin səbəbi- möhtaclara etinasız yanaşmaqdandır!"

                      Hz. Peyqəmbər (ə) buyurub:  "Ümmətimin behiştə getməsinə hər şeydən çox səbəb olan xislət təqva və gözəl xasiyyətdir"

    İmam Cəfər Sadiq (ə) buyurub: "Günahın qapılarını Allaha pənah aparmaqla bağlayın və itaət qapılarını "Bismilləhir-Rahmənir-Rahim” deməklə açın!"

      İmam Səccad (ə) buyurub: "Allah hər bir kədərli qəlbi və şükr edən bəndəni sevər!"

     Hz. Peyğəmbər (s): "Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir"

     
    İmam Sadiq (ə):  "Allah-təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol"
    İmam Əli (ə): "Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir"
     İmam Əli (ə): "Düşünməyə bir şey olmayan hər bir sükut -  qəflətdir"
     İmam Baqir (ə):   "Hər kəs möminə xəyanət etsə, Allah ona qarşı müharibə elan edər"
    Həzrət Zəhra (s): "Mənim başıma gələn bəla və müsibətlər gündüzün başına gəlsəydi, gecə olardı"
    İmam Səccad  (ə): "Allah hər bir kədərli qəlbi və şükr edən bəndəni sevər!" 
    İmam Əli  (ə): "Qəlbi Allaha müti olan şəxsin cismi Allaha itaətdən yorulmaz!"
     Rəsuli - Əkrəm (s):  "Öz mömin qardaşının bir ehtiyacını ödəyən kəs, bütün ömrünü Allaha ibadətlə keçirən bəndə kimidir!"                          
       
    Həzrəti (s): "Ən böyük ehtiyacsızlıq qəlbdə olan arzulara yol verməməkdir!"
    Həzrət Əli (s): "İnsanın günah etmədiyi gün onun bayram günüdür"

     Rəsuli-Əkrəm (s): "Mən ancaq ən yüksək əxlaqı tamamlamaq üçün göndərildim"

    İmam Rza (ə) : "Ağlamaq istəyən şəxs İmam Hüseynə (ə) ağlasın. Çünki, O həzrətə ağlamaq günahların bağışlanmasına səbəb olur”

    Imam Hüseyn (ə): "Cəddim Peyğəmbərin ümmətini islah etmək üçün qiyam edirəm. Məqsədim əmr –be-məruf və nəhy-əz-münkərdir. Üslubum babam və atamın üslubudur"

    İmam Hüseyn (ə) buyurub: "Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram”

    Rəsuli-əkrəm (s) buyurub: "Öz övladlarınızı üç şeylə tərbiyə edin:  Peyğəmbərinizə məhəbbətlə, onun Əhli- beytinə sevgi-istəklə və Quran oxumaqla”.

    Həzrət Zeynəb (s) İmam Səccada (ə) buyurur: "Babamızdan belə rəvayət olunmuşdur ki, Hüseyn (ə) indi onun cəsədini gördüyün yerdə kəfənsiz dəfn olunacaq və bura – Hüseynin qəbri təvaf yeri olacaqdır"

    Rəsuli-Əkrəm (s) buyurub:  "Sualları alimə ver, söhbəti hikmət sahibi ilə et, ünsiyyətdə fəqirlə ol”.

    Rəsuli-Əkrəm (s) buyurub:  "Hər kimin iki günü bərabər və inkişafsız olsa, zərər etmişdir”.

    Əziz Peyğəmbərimiz (s) buyurub:  "Sədəqə öz sahibinin əlindən çıxan zaman ona deyər:  "Fani idim, mənə varlıq bağışladın, kiçik idim, məni böyütdün, düşmən idim, məni dost etdin, indiyə qədər sən məni qoruyurdun, indi isə Qiyamətə qədər mən səni qoruyacam”.

    Rəsuli-Əkrəm (s) buyurub:  "Həqiqətən mömin bəndə gözəl xasiyyət vasitəsi ilə gündüzləri oruc tutub, gecələri namaz qılan adamın dərəcəsinə və məqamına çatar”.

    Rəsuli-Əkrəm (s) buyurub: "Ümmətimin qadınlarını iki şey həlak edər:  1. Qızıl; 2. Nazik paltarlar geyib bədənini özgələrə göstərmək; Həmçinin iki şey ümmətimin kişilərini fəlakətə sürükləyər: 1. Savadsızlıq; 2. Mal toplamaq və dünya hərisliyi”.

    Əmirəl-mö`minin Əli (ə) buyurub: "Ey Adəm övladı! Bu gün sabah (onun ruzisi) üçün kədərlənmə. Çünki əgər sabah sənin ömründən olsa, Allah sənin ondakı ruzini yetirəcək”.

    Əmirəl-mö`minin Əli (ə) buyurub: "Özünüzü bağışlanmaq istəyi ilə ətirləndirin ki, pis günahların qoxusu sizi rüsvay etməsin”.

    Əmirəl-mö`minin Əli (ə) buyurub: "Əsla heç bir şey səni axirət dünyası üçün əməl etməkdən saxlamasın. Çünki fürsət çox azdır...”

    Əmirəl-mö`minin Əli (ə) buyurub: "Gözəl xasiyyət üç şeydədir: 1. Haramlardan qorunmaq; 2. Halallıq axtarmaq; 3. Ailə üçün rahatlıq hasil etmək (yaxşı dolandırmaq)”.

    Həzrət Fatimə (s) buyurub: "Allah sizlərə imanı  şirkdən təmizlənmək üçün, namazı – təkəbbürdən qurtarmaq üçün, zəkatı – nəfsi təmizləmək və ruzini artırmaq üçün, orucu - ixlasın sabit olması üçün, həcci – dini möhkəmlətmək üçün verib...”

    İmam Zeynül-abidin(ə) buyurub: "Yaxşı danışıq sərvəti çoxaldar, ruzini artırar, ölümü gecikdirər, adamı ailə yanında istəkli edər və onu cənnətə daxil edər”.

    İmam Kazim (ə) buyurub: "Dünya malı dəniz suyuna bənzər, susuz adam ondan nə qədər içsə, susuzluğu bir o qədər artar və nəticədə onu həlak edər”.

    Rəsuli-Əkrəm (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir”.

    Rəsuli-Əkrəm (s) buyurur: "Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil”.

    Həzrət Əli (ə) buyurur: "Mömin onunla insafsız rəftar edənlə insafla davranar”.

    Həzrət Əli (ə) buyurur: "Elmsiz əməl etmək zəlalətdir (yoldan azmaqdır)”.

    İmam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy”.

    İmam Sadiq (ə) buyurur: "Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı pis zənn etmişdir”.

    İmam Sadiq (ə) buyurur: "Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah-Təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər”.

    Rəsulullah (s) buyurub: "Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan. Axirətin üçün elə çalış ki, sanki sabah öləcəksən”.

    Rəsulullah (s) buyurub: "Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir”.

    Rəsulullah (s) buyurub: "Özünüzün yemədiyinizi yoxsullara yedirtməyin”.

    Rəsulullah (s) buyurub: "Qadının cihadı ərinə yaxşı baxmaqdır”.

    Rəsulullah (s) buyurub: "Kiminsə görməsini istəmədiyin bir işi təklikdə də etmə”.

    Əmirəl-möminin Əli (ə) buyurub: "Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın”.

    Əmirəl-möminin Əli (ə) buyurub: "Kim özünü hesaba çəksə, səadətə yetişər”.

    Əmirəl-möminin Əli (ə) buyurub: "Allahdan həya etmək bir çox günahları aradan aparır”.

    İmam Kazim (ə) buyurub: "Allahdan qorx, haqqı söylə - sənin məhvin onda olsa da belə”.

    İmam Rza (ə) buyurub: "Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir”.

    İmam Həsən Əskəri (ə) buyurub: "Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər”.

    Həzrət Rəsulullah (s) buyurub: "Övladın öz ata və anasına məhəbbət dolu baxışı ibadət sayılır”.

    Həzrət Rəsulullah (s) buyurub: "Ümmətim üçün üç şeydən qorxuram; (Həddindən artıq) paxıllıq, nəfsani istəklər və azğın rəhbərlər”.

    Həzrət Rəsulullah (s) buyurub: "Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar daha üstündür? Buyurdu: Onu yad etdikdə, sənə kömək edən və onu unutduqda səni yad edən”.

    Həzrət Rəsulullah (s) buyurub: "Savadı olmayan halda xalqa fətva verən şəxs göy və yer mələkləri tərəfindən lənətlənər”.

    Həzrət Rəsulullah (s) buyurub: "Öz əziyyətlərini xalqın üzərinə atan şəxs məlundur”.

    Həzrət Rəsulullah (s) buyurur: "Sizin ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isə daha rəğbətli olanınızdır”.

    Əmirəl-möminin (ə) buyurub: "Nə çoxdur dilin üzündən həlak olanlar!”

    Əmirəl-möminin Əli (ə) buyurub: "Xoş o kəsin halına ki, arzuları qısadır və ömrünü qənimət bilir”.

    İmam Həsən (ə) buyurub: "Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir”.

    İmam Hüseyn (ə) buyurub: "Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mömin nə pis iş görər, nə də üzr istəyər.”

    İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar”.

    İmam Məhəmməd Təqi (ə) buyurur: "Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətir

    Peyğəmbərimiz (s) buyurub: "Qəzəb imanı, sirkə balı xarab etdiyi tək zay edər”.

    Peyğəmbərimiz (s) buyurub: "Allah, bəndəsi camaat namazına məşğul olub namazdan sonra Ondan bir şey dilədikdə, onu qəbul etməməkdən həya edər”.

    Peyğəmbərimiz (s) buyurub: "Müsəlmanın həftədə (heç olmasa) bir gün dini məsələləri, halal-haramı öyrənməməsi necə də böyük qəbahətdir, təəssüf edirəm belə şəxslərə!..”

    Peyğəmbərimiz (s) buyurub: "Ailə qurun və təlaq verməyin ki, həqiqətdə Allahın ərşi təlaq verməklə titrəyir”.

    Peyğəmbərimiz (s) buyurub: "Mənim ümmətimdən olan qadınlardan hər biri bu dörd xüsusiyyətə malik olsa, behişt onundur:  Namusunu qoruya, ərinə itaət edə, beş vaxt namazını qıla və Ramazan ayının orucunu tuta”.

    Peyğəmbərimiz (s) buyurub: "Ey camaat, zina etməyin, (əks halda) qadınlarınız da zina edəcəkdir”.

    İmam Sadiq (ə) buyurub: "Bütün pisliklərin açarı qəzəbdir”.

    ahlibeyt.az

    Category: Melumatlar | Views: 621 | Added by: Momin | Tags: Hedis | Rating: 0.0/0
    Total comments: 0
    Name *:
    Email *:
    Code *: